Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''PAŞA Bank'' Miles&Smiles kartını təqdim edir! (VİDEO)

''PAŞA Bank'' Miles&Smiles kartını təqdim edir! (VİDEO)

Tarix: 29 May 2019 17:12

Bakı. Trend:

"PAŞA Bank"ın Miles&Smiles kartı yalnız "PAŞA Bank" müştəriləri üçün deyil, ümumiyyətlə bütün əhali üçün nəzərdə tutulub.

"PAŞA Bank" Miles&Smiles kartı sahibləri ticarət və xidmət obyektlərində "PAŞA Bank"ın POS terminallar şəbəkəsi daxilində və xaricində ödənişləri nağdsız həyata keçirmək, mil qazanaq və toplanan milləri dünyanın 308 istiqamətləri üzrə biletə çevirmək imkanı əldə edir.

Cari prinsip nəinki ölkə-daxili, həmçinin ölkə-xarici ödənişlər üçün də keçərlidir. Bundan başqa, Müştəri Bankın partnyor şəbəkəsində "PAŞA Bank" Miles&Smiles kartı ilə ödəniş zamanı əlavə millər qazanmaq şansı da əldə edəcək.

Həmçinin, "PAŞA Bank"ın Miles&Smiles kartı ilə otel rezervasiyası, avtomobil icarəsi, istirahət və alış-veriş ödənişləri zamanı 35 faizə qədər endirimlərdən faydalanmaq imkanı da təqdim olunur.

"PAŞA Bank"ın Miles&Smiles kartının digər bir özəlliyi də kart sahibinə ilkin ödəniş müqabilində əlavə bonus millər (“Welcome milləri” funksiyası), eyni zamanda, öncədən aviabilet və ya digər xidmətlərə dəyişmək üçün əlavə millər (“Avans Millər” funksiyası) hədiyyə olunması imkanıdır.

Bundan başqa, "PAŞA Bank"ın Miles&Smiles kartının sahibləri Türk Hava Yolları tərəfindən “Miles & Smiles” bonus proqramı çərçivəsində konsyerj xidməti (çağrı və “Chatbot”), dünyanın bütün hava limanlarında VİP gözləmə otaqlarında qonaq olmaq, səyahət zamanı sığortalanma və digər bir sıra imtiyazlardan yararlanmaq şansı əldə edəcəklər.

"PAŞA Bank" Miles&Smiles kartı

Yeni səyahətlərə açarınız!

Kartı sifariş etmək: www.miles.pashabank.az; *9123; 496 50 00

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  PAŞA Bank MilesSmiles kartını təqdim edir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ