Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 13:00
Aparıcı Zaur Baxşəliyev uzun müddətdir anasından ayrı qaldığını deyib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu haqda "Bizimləsən" verilişində danışan aparıcı kövrəlib. O, anasını və övladını koronavirus infeksiyasından qorumaq üçün onları görməyə getmədiyini bildirib:
"10 gündən çoxdur anamı baörıma basa bilmirm. Elə bilirsiz asandır? Qızım gəli, amma göndərdim bağda anamgillə qalsın. Ən böyük enerji mənbəyim anamdır. Amma yanına gedə blmirəm. Ürəyimə daş basıb, otururam evdə. Çünki mən işə gəlirəm. Buradan evə gedəcəm, biz çalışmalıyıq. Anamı təhlükəyə atmaq istəmirəm. Bu anlaşılandır. Nə qədər sevsəniz də, istəsəniz də doğmalarınızı təhlükəyə atmayın. Oturun evdə. Ciddi məslədir. Vecsiz, əhlikef olmayaq, boş ver" deməyək. Belə olmaqla hamını təhlükəyə atırıq. Burada deyilən qydalara əməl etməkdən söhbt gedir. Məsələ bizim düşündüyümüz qədər bəsid, mənasız deyil, çox ciddidir".