Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 19:36
Koronavirusa yoluxan Türkiyə millisinin sabiq qapıçısı Rüştü Rəçbərin son durumu haqda məlumat yayılıb.
Qol.az İspaniyanın "Marca" nəşrinə istinadən xəbər verir ki, hazırda xəstəxanada olan 46 yaşlı veteran futbolçunun vəziyyəti ağırdır. Onun səhhətinin həkimləri narahat etdiyi bildirilib.
"Marca" sosial şəbəkə hesabında da paylaşım edərək, Rüştünün durumunun kritik olduğunu və İspaniyada ona dəstək olduqlarını qeyd edib.
Xatırladaq ki, Rüştü Rəçbər martın 29-da koronavirus simptomları ilə xəstəxanaya yerləşdirilib.