Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaradağda avtomobil aşdı: İki qardaş hadisə yerində öldü

Qaradağda avtomobil aşdı: İki qardaş hadisə yerində öldü

Tarix: 1 Aprel 2020 13:45

Bakı. Trend:

Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 31-də saat 17 radələrində Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlər - qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.


Etiketlər:  Qaradağda avtomobil aşdı İki qardaş hadisə yerində öldü


RƏYLƏR