Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəsmi Berlin Dağlıq Qarabağda keçirilən qondarma ''seçkilər''i və onun nəticələrini tanımır

Rəsmi Berlin Dağlıq Qarabağda keçirilən qondarma ''seçkilər''i və onun nəticələrini tanımır

Tarix: 1 Aprel 2020 14:09

Almaniya Federal Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələri üzrə müvəkkili Mixael Zibert Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda keçirilən qondarma seçkilərlə bağlı bəyanat verib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bəyanatda deyilir: "Biz dünən Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament seçkiləri"nin qanuni çərçivəsini tanımırıq. Həm seçkilər, həm də onların nəticələri qanunsuz sayılır".

Qeyd edək ki, martın 31-də Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində - Dağlıq Qarabağda qondarma rejim tərəfindən "prezident və parlament" seçkiləri keçirilib.


Etiketlər:  Rəsmi Berlin Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri onun nəticələrini tanımır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ