Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniyada yaşayan azərbaycanlı rəssam: "Əziz həmyerlilərim, özünüzü və yaxınlarınızı qoruyun" - VİDEO

Almaniyada yaşayan azərbaycanlı rəssam:

Tarix: 1 Aprel 2020 15:06

Mən öz həmvətənlərimə, Azərbaycan əhalisinə müraciət edirəm. Əziz həmyerlilərim, dünyamız, bəşəriyyət ağır dövrlər yaşayır.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Almaniyada yaşayan azərbaycanlı rəssam Əşrəf Heybətov deyib.

O bildirib ki, mən bunu "apokalipsis" adlandırardım, çünki çoxlu insan itkisi var:

"Bu, qorxulu və gözlənilməzdir. Demək olar ki, hər ailədə planlar pozulub. İnsanlar maddi və mənəvi itkilərlə üzləşir. Gəlin, buna tanrı tərəfindən göndərilən sınaq kimi baxaq. Bu ağır vaxtın keçəcəyinə inanın. Yeganə müdafiə ev şəraitində karantinə əməl etməkdir. Xahiş edirəm, evdə qalın.

Bu, epidemiyanın qarşısını almaq və ona qalib gəlmək üçün çox vacibdir. Avropada, Almaniyada eyni vəziyyətdir. Yalnız marketlər, apteklər açıqdır. Digər müəssisələr, təşkilatlar isə bağlanıb. Siz bütün bunları televizordan da bilirsiniz. Hər şey keçir, bu sınaq da keçəcək. İnanın. Sadəcə bunu evdə qalmaqla gözləmək lazımdır. Özünüzü, uşaqlarınızı, valideynlərinizi, yaxınlarınızı qoruyun və sağlam olun".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.

Milli.Az


Etiketlər:  Almaniyada yaşayan azərbaycanlı rəssam Əziz həmyerlilərim özünüzü yaxınlarınızı qoruyun VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ