Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2020 16:24
Bakı. Trend:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz işini qlobal
pandemiya ilə əlqədar ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinəuyğun şəkildə davam etdirir.
Komitədən Trend-ə verilən məlumata görə, aprelin 1-də komitənin rəsmi Facebook səhifəsində “Virtual qəbul otağı”nın növbəti canlı yayımı gerçəkləşdirilib. Səhifənin izləyicilərinə əvvəlcədən bildirildiyi kimi, bu dəfəki canlı yayımda vətəndaşların müraciətlərini komitənin “Miqrasiya, məskunlaşma, status və sosial təminat” şöbəsi müdirinin müavini Xəyyam Hüseynov cavablandırıb.
Canlı yayıma komitənin mətbu orqanı olan “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev moderatorluq edib.
Saat 12.00-da başlanan və bir saat davam edən canlı yayım zamanı səhifənin rəy
bölməsinə 160-a qədər vətəndaşın müraciəti daxil olub. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminat, kommunal xidmətlər, qeydiyyat və s. məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib və onların əksəriyyəti dərhal cavablandırılıb.
Araşdırılması müəyyən vaxt tələb edən müraciətlərin müəlliflərinə özləri haqqında məlumatı və əlaqə üçün telefon nömrəsini mesaj vasitəsilə səhifənin administratoruna göndərmək təklif olunub. Həmin müraciətlərin mövcud qanunvericilik çərçivəsində cavablandırılacacağı bildirilib. “Virtual qəbul otağı”nda canlı yayımın getdiyi müddətdə, komitənin aparat rəhbəri Eldar Zeynalovun videoqəbulu da keçirilib. Aparat rəhbəri əvvəlcədən qəbula yazılmış 40-dan çox vətəndaşla görüntülü danışıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Xüsusi karantin rejiminin davam etdiyi müddətdə komitənin vəzifəli şəxslərinin
videoqəbulu və “Virtual qəbul otağı”dan vaxtaşırı canlı yayımlar təşkil olunacaq. Bu
barədə komitənin rəsmi Facebook səhifəsində əvvəlcədən müvafiq məlumat
yerləşdiriləcək.