Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 13:14
Bu günlərdə evdə məşq edirəm. Çünki çölə çıxa, futbol oynaya bilmirik.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, bunu "Səbail"in yarımmüdafiəçisi Hendrik Ekşteyn deyib.
Koronavirus pandemiyası ilə əlaqədar Premyer Liqada verilmiş fasilə dönəmi barədə ölkəsinin mətbuatına açıqlama verən cənubi afrikalı yarımmüdafiəçi hazırlıqlarını evdə keçdiklərini söyləyib: "Evdə məşq edə bilmək üçün avadanlıqlar almışam. Maliyyə səbəbindən almalı olduğunuz hər şeyi ala bilmirsinizsə, formada qalmaq üçün istifadə edə biləcəyiniz avadanlıqları almalısınız. Məsələn, evinizdə oturacaqlar var, onların vasitəsilə müxtəlif hərəkətləri edə bilərsiniz. Əlbəttə ki, evdəki məşqlə əvvəlki formada qalmağınız mümkün deyil. Çünki trenajor zalı və meydandakı hazırlıq tam başqadır. Düzdür, bəzi hallarda çölə çıxa bilirik. Vəziyyət Cənubi Afrika Respublikasındakı kimi deyil, amma yenə də evdə qalmağın vacibliyini vurğulayırlar. Buna görə hətta biz də daim evdə olmalıyıq. Klub bunun üçün bizə xüsusi məşq proqramları verib".
29 yaşlı orta sahə oyunçusu yanvarda "Sabah"ı "Səbail"ə dəyişməsini də dəyərləndirib: "Burada hər şey qaydasındadır. Qış fasiləsində klubumu dəyişsəm də, Azərbaycanda qaldığım üçün şadam. Yenidən futbol oynaya biləcəyəm. Çünki bunu çox istəyirəm".