Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabadda qaynının evindən külli miqdarda pul oğurlayan şəxs həbs edildi

Cəlilabadda qaynının evindən külli miqdarda pul oğurlayan şəxs həbs edildi

Tarix: 2 Aprel 2020 13:39

Bakı. Trend:

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindəc ötən ilin dekabr ayının 4-də rayonun Mirzəli kəndi ərazisində yaşayan S.Nuriyevanın evindən 1.200.000 rubl (31.800 manat), 19.500 ABŞ dolları və 15.000 manat, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elvin İbayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, o, ifadəsində törətdiyi cinayəti etiraf edib. Qeyd edək ki, E.İbayevin oğurluq etdiyi mənzil qaynına məxsus olub.

Faktla bağlı saxlanılan şəxs barəsində Cəlilabad Rayon Polis Şöbəsində Cinayət işi başlanılıb. E.İbayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Etiketlər:  Cəlilabadda qaynının evindən külli miqdarda oğurlayan şəxs həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ