Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirvanşahlar sarayında ilk dəfə online tamaşa nümayiş olunacaq

Şirvanşahlar sarayında ilk dəfə online tamaşa nümayiş olunacaq

Tarix: 2 Aprel 2020 15:28

Aprelin 3-də saat 12:00-da İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "İçərişəhər" Muzey Mərkəzi Şirvanşahlar sarayında #MuseumFromHome heşteqi adı altında "Şirvanşah I Xəlilullah" adlı kiçikhəcmli tamaşa ilk dəfə online nümayiş etdirəcək.

Mərkəzdən Sonxeber.net-a verilən məlumata görə, tamaşa Mədəniyyət və İncəsənət Universitetinin "Teatr sənəti" fakultəsinin 2 və 3-cü kurs tələbələrinin ifasında səhnələşdirilib.

1 mart 2020-ci il tarixdən etibarən hər şənbə günü "Şirvanşah I Xəlilullah" adlı kiçik həcmli tamaşanın nümayişinə start verilib.

Bu layihədə əsas məqsəd ilk dəfə olaraq teatrı muzeyə gətirməklə tarixi şəxsiyyətləri ziyarətçilərlə məkanında görüşdürmək və sarayın qədim divarları arasında əsrləri qovuşdurmaqdır.

Tamaşanın bir digər maraqlı cəhəti də ondadır ki, burada obrazlar hərdən öz dövründən çıxaraq müasir dövrümüzə düşür, tamaşaçılarla birbaşa interaktiv ünsiyyətdə olurlar. Bu yolla auditoriyaya canlı tarix dərsi keçir, önəmli mesajlar ötürürlər.


Etiketlər:  Şirvanşahlar sarayında dəfə online tamaşa nümayiş olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ