Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 39 yaşlı kişi qonşusunu bıçaqladı

Bakıda 39 yaşlı kişi qonşusunu bıçaqladı

Tarix: 2 Aprel 2020 18:18

Bakı. Samir Əli - Trend:

Bakıda qonşular arasında dava bıçaqlanma ilə nəticələnib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozunda baş verib.

Qəsəbə sakini 1981-ci il təvəllüdlü Rəhimov Seymur Adıgözəl oğlu qonşusu, 1965-ci il təvəllüdlü Əliyev Dadaş Bəybala oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə S.Rəhimov D.Əliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən S.Rəhimov saxlanılıb, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.


Etiketlər:  Bakıda yaşlı kişi qonşusunu bıçaqladı


RƏYLƏR