Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Jurnalistlərə kömək etmək üçün 100 milyon dollar sərmayə qoyulur

Jurnalistlərə kömək etmək üçün 100 milyon dollar sərmayə qoyulur

Tarix: 2 Aprel 2020 19:12

"Xəbər ekosistemini dəstəkləmək, hamının dəqiq və vaxtında məlumat almasını, yerli xəbərlərə yönəlmiş jurnalistlərə kömək etmək üçün 100 milyon dollar sərmayə qoyuruq".

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bunu Feysbuk şirkətinin rəhbəri Mark Zukerberq şəxsi hesabında bildirib.

O, jurnalistlərin çox çətin şərtlər altında işlədiyini və bir çox informasiya agentliklərinin Koronavirus epidemiyasının yaratdığı iqtisadi təsiri altında olduğunu xüsusi vurğulayıb: "Buna görə də, biz Feysbuk Jurnalistika Layihəsi vasitəsi ilə təcili qrant fondu üçün 25 milyon dollar, jurnalist və xəbər agentliklərinə dəstək olmaq üçün 75 milyon dollar vəsait ayırmışıq. Ümid edirik ki, bu dövrdə bir çox jurnalistə kömək olacağıq ki, onlar da bizi məlumatlandırmaq üçün öz işlərini davam etdirə bilsinlər".


Etiketlər:  Jurnalistlərə kömək etmək üçün milyon dollar sərmayə qoyulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ