Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məlumatların ötürülməsi üzrə rekord sürətə malik “PCIe 5.0” spesifikasiyası qəbul edilib

Məlumatların  ötürülməsi üzrə rekord sürətə  malik “PCIe 5.0” spesifikasiyası qəbul edilib

Tarix: 30 May 2019 11:56

“PCI-SIG” təşkilatı “PCI-Express 5.0” spesifikasiyasının yekun versiyasını qəbul edib. Yeni standartda əvvəlki versiya ilə müqayisədə buraxılış qabiliyyəti iki dəfə artırılıb, bu halda əvvəlki nəsil qurğular dəstəklənir, həmçinin az enerji istehlak edilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “PCI-Express 5.0” standartı “x16” konfiqurasiyasında 128 QB/s-dək buraxılış qabiliyyəti təmin edir. Yeni arxitekturada siqnalın bütövlüyü yaxşılaşdırılıb və konnektorların mexaniki möhkəmliyi artırılıb.

 

“Intel” korporasiyasının nümayəndəsi artıq bildirib ki, “Agilex FPGA” çipləri “PCIe 5.0” standartını dəstəkləyəcək. Şirkət müvafiq məhsulunu 2021-ci ildə təqdim etməyi planlaşdırır.

 

Emil Hüseynov




Etiketlər:  Məlumatların ötürülməsi üzrə rekord sürətə malik PCIe spesifikasiyası qəbul edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ