Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2019 12:42
Bakı. Xeyrəddin Nəsirzadə - Trend:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "DAAL Venture Capital" arasında anlaşma memorandumu imzalanıb.
Trend-in məlumatına görə, imzalanma mərasimi mayın 30-da Bakıda keçirilən “Monex Summit” çərçivəsində baş tutub.
Sənədi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və “DAAL Venture Capital" şirkətinin icraçı direktoru Abdurrahman Al-Qahdani imzalayıblar.
Memoranduma əsasən, tərəflərin birgə yaradacağı fond vasitəsilə Azərbaycandakı startaplara maliyyə vəsaiti ayrılacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin