Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda keçmiş məhkum narkotiklə saxlanıldı

Bakıda keçmiş məhkum narkotiklə saxlanıldı

Tarix: 3 Aprel 2020 23:27

Bakı. Trend:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ə.Abbasov tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abbasov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 290 qrama yaxın heroin və 111 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.


Etiketlər:  Bakıda keçmiş məhkum narkotiklə saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ