Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 05:32
Bakı. Trend:
Nyu-Yorkda yeni növ koronavirus səbəbindən son sutka ərzində ölənlərin sayı 300 nəfəri keçib.
Trend-in məlumatına görə, bu barədə meriyanın saytı xəbər yayıb.
Amerikan meqapolisində koronavirusdan ölüm hallarının sayı hazırda 1867-ə yüksəlib. Bir gün əvvəl bu say 1562-ə bərabər idi.
Yoluxanların ümumi sayı sutka ərzində 6 min çoxalaraq 56 289 təşkil edir. Şəhər xəstəxanalarında 11 739 nəfər müalicə alır.
Nyu-Yorkun meri bildirib ki, şəhər yaxın vaxtlarda ağ ciyərlərin süni ventilyasiyası aparatlarının ehtiyatını bitirmək riski ilə üzləşəcək, gələn həftədən isə xəstəxanalar kəskin mütəxəssis çatışmazlığı yaşamağa başlayacaq.