Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 08:40
Bakı. Trend:
Çin sakinləri və ölkədə yaşayan əcnəbilər şənbə günü koronavirus qurbanlarının və pandemiya ilə mübarizə zamanı başqalarının həyatını xilas edərək həlak olanların xatirəsini sükutla yad ediblər.
Trend-in Tass-a istinadən verdiyi məlumata görə, 3 dəqiqə davam edən anımda Çinin başçısı Si Tzinpinda olmaqla bütün ölkə iştirak edib.
Yerli vaxtla saat 10:00-da sirena səsləndirilib. Çin Kommunist Partiyasının və dövlət qurumlarının iştirak edən üzvləri dərin kədər əlaməti olaraq başlarını əydilər.
Aprelin 4-dü ÇXR-də ümummilli matəm elan edilib, bütün ictimai əyləncəli tədbirlər qadağan edilib. Çinin əksər idarələrinin və dövlət qurumlarının saytlarının, eləcə də milli KİV-in əsas səhifələrindəki görüntülər sutka ərzində ağ-qara rejimə keçirilib. Ölkə ərazisində, o cümlədən diplomatik missiyaların ərazilərində bayraqlar salınıb.
Rəsmi məlumatlara görə, ölkədə 3,3 mindən çox COVİD-19 virusuna yoluxan sakin vəfat edib.