Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 13:36
Bakı. İlhamə İsabalayeva - Trend:
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən #evdəqal həştəqi ilə növbəti video-çarx hazırlanıb.
DMX-dən Trend-ə verilən məlumata görə, koronavirus (COVİD - 19) infeksiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə aparılan #evdəqal maarifləndirmə kampaniyasını çərçivəsində növbəti video-çarx hazırlanıb.
"Video-çarxın hazırlanmasında bizə dəstək olan, çağırışlara qoşulan diplomatik korpus nümayəndələrinə və əcnəbi iş adamlarına minnətdarlığımızı bildiririk. Evdə qalın, sağlam qalın",- deyə xidmətdən bildirilib.