Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 14:08
Karyerasını başa vuran rusiyalı tennisçi Mariya Şarapova gözlənilməz addım atıb.
Qol.az xəbər verir ki, o, özünün rəsmi Tvitter səhifəsində telefon nömrəsini yazaraq izləyicilərini ona mesaj yazmağa çağırıb:
“Ötən həftə 150 izləyicimlə əla videokonfrans etdik. Biz söhbəti başa vursaq da, ünsiyyəti davam etdirmək istəyirdim. Hamımız indi eyni vəziyyətə düşmüşük (koronavirus dövründəki özünütəcridi nəzərdə tutur – red.). Mən yeni nömrə almışam. Onu sizin üçün burada yazıram. Mənə yazın! 310-564-7981. Bu, əsl həqiqətdir. Mənə danışın görüm, necəsiniz, sual verin və yaxud sadəcə salam yazın”.