Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəxtiyar Əliyev: ''Hökumətin gördüyü tədbirlər koronavirusla bağlı çətin vəziyyətdən az itkilərlə çıxmağa şərait yaradır''

Bəxtiyar Əliyev: ''Hökumətin gördüyü tədbirlər koronavirusla bağlı çətin vəziyyətdən az itkilərlə çıxmağa şərait yaradır''

Tarix: 4 Aprel 2020 16:42

Koronavirus pandemiyasının yayılmasına qarşı mübarizə çərçivəsində tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı hər hansı bir vətəndaşın məsuliyyətsizliyi digərlərinin həyatını təhlükə altında qoyur.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, koronavirus artıq ciddi bir təhlükəyə çevrilib, hər gün dünyada yoluxanların sayı durmadan artır:

"Ona görə də hər kəs Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalara mütləq şəkildə əməl etməlidir. Bu qaydalara riayət etməyənlər nəinki məsuliyyətsizlik edir, eləcə də cinayət törədirlər. Çünki bu məsuliyyətsiz hərəkətlər digər vətəndaşlarımız, ailə üzvləri, dövlətimiz üçün də böyük bir təhlükədir".

Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində hökumətin gördüyü tədbirlər bu çətin vəziyyətdən az itkilərlə çıxmağa şərait yaradır:

"Bununla belə, hər bir vətəndaş məsuliyyətini dərk edərək özünü təcrid etməlidir ki, həm dövlətimizi, həm yaxınlarımızı, həm də digər vətəndaşlarımızı bu təhlükədən qorusun. Hər kəs həmrəylik nümayiş etdirməli, öz yaxınlarını və dövlətini düşünməlidir. Görülən tədbirlər ilk növbədə Azərbaycan vətəndaşının sağlamlığı və müstəqil dövlətimizin təhlükəsizliyi üçün nəzərdə tutulan tədbirlərdir. Bunu hər kəs dəstəkləməli və əməl etməlidir. Azərbaycan hökuməti isə hər bir vətəndaşın normal yaşaması üçün bütün mümkün tədbirləri həyata keçirir, onlara dəstək göstərir".


Etiketlər:  Bəxtiyar Əliyev Hökumətin gördüyü tədbirlər koronavirusla bağlı çətin vəziyyətdən itkilərlə çıxmağa şərait yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ