Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2020 06:28
Bakı. Trend:
Ən azı 11 nəfər Kolumbiyanın mərkəz hissəsində yerləşən mədənlərin birində baş verən partlayışın qurbanı oldu.
Trend-in məlumatına görə, bu barədə "Semana" jurnalı bildirib.
Məlumata əsasən, hadisə Kukunuba bələdiyyəsində yerləşən Pueblo Vyexo kəndindəki kömür mədənində baş verib. Partlayış nəticəsində 11 mədənçi həlak olub. Xilasedicilər dağıntılar altından dörd nəfəri xilas edə biliblər.
Səlahiyyətlilər hadisə ilə əlaqədar araşdırmaya başlayıb. İlkin məlumatlara görə, partlayışa səbəb metanın atılması ola bilər.