Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi

UEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi

Tarix: 5 Aprel 2020 10:14

UEFA hazırkı avrokubok mövsümünü avqustun 3-dək başa çatdırmağı planlaşdırır.

Bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin ZDF telekanalına açıqlamasında bildirib.

Sloveniyalı funksioner deyib ki, Çempionlar Liqası və Avropa Liqasındakı qalan qarşılaşmaları milli çempionatların keçirildiyi günlərdə də oynamaq olar: "Vəziyyət fövqəladədir. Biz möhkəm olmalıyıq. Böhran başa çatsa, mövsümün qalan hissəsinə tez başlamaq olar. Pley-off mərhələlərini hazırkı və ya bir oyunluq sistemlə keçirmək mümkündür. "8-lər" və ya "4-lər" finalı formatı isə hələlik bir hipotezdir. Əsas məsələ oyunçular, hakimlər və azarkeşlərin sağlamlığını təhlükə altında qoymamaqdır. Şərtlər təhlükəsizdirsə, heç bir problem görmürəm".

 


Etiketlər:  UEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi


RƏYLƏR