Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2020 10:30
"Yuventus"un futbolçusu Paulo Dibala və sevgilisi Oriana Sabatinidə yenidən koronavirus aşkarlanıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, onların bir neçə gün əvvəl testlərinin cavabı mənfi çıxsa da, növbəti test müsbət olub. Dibala və sevgilisinin yenidən karantinə alındığı bildirilib.
Qeyd edək ki, Dibalada koronavirus ilk dəfə martın 21-i aşkarlanıb.