Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanda koronavirusla mübarizə üsulu intensiv xarakter alıb və bu, itkilərin az olması üçündür''

''Azərbaycanda koronavirusla mübarizə üsulu intensiv xarakter alıb və bu, itkilərin az olması üçündür''

Tarix: 5 Aprel 2020 12:36

Azərbaycanda koronavirusla mübarizə üsulu intensiv xarakterə keçid alıb və bu, ilk növbədə itkilərin az olması üçündür.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, hələ virusun yayılma prosesi başlayan ilk gündən Azərbaycan dövləti vətəndaşların sağlamlıqlarının qorunması, virusdan yoluxma hallarının minimum olması istiqamətində vacib və təxirəsalınmaz işlərə start verdi:

"Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın fasiləsiz iş rejimi, eyni zamanda Prezident İlham Əliyevin xalqa davamlı müraciətləri dövlətin sözügedən istiqamətdə ardıcıl iş aparmasının məntiqi nəticəsidir. Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. Həmçinin, yoluxma hallarını müəyyənləşdirmək üçün imkanlar artıb. Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alıb. Bütün bunların hər biri əsas amilə söykənir - vətəndaş məsuliyyəti və həmrəy şəkildə COVID-19-a qarşı mübarizə aparmaq".

Siyasi eskpertə görə, dövlətin əlindən gələni etməsi, vətəndaşların qorunması üçün bütün imkanlardan maksimum istifadəsi bəzi etinasız, məsuliyyətsiz şəxslər tərəfindən diqqətə alınmır:

"Halbuki, peşəkar virusoloqlar, infeksionist həkimlər, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının aparıcı mütəxəssisləri koronavirusdan qorunmaq üçün ən sadə yolları ictimaiyyətə açıqlayırlar. Baxın, adi bir məsuliyyətsizlik arzuolunmaz nəticələrə, ölüm hallarına yol açır. Bu, həqiqətən də çox təəssüfedici, deyərdim ki, kədərləndirici bir haldır. Fakt isə budur: əgər tələb edilən qaydalara riayət olunmasa, İtaliyada, İspaniyada, ABŞ-da və s. ölkələrdəki kimi, böyük itkilər qaçılmaz olacaq. Xarici ölkələrdə baş verən kütləvi ölüm faktları bu gün məsuliyyətsiz davranan insanlara dərs olmalıdır. Belələri anlamalıdırlar ki, onların karantin rejiminin xüsusi qaydalarına əməl etməmələri özləri ilə yanaşı, digər insanların, o cümlədən ailələrinin, uşaqlarının da həyatlarını itirmələri ilə nəticələnəcək. Bütün bunları yaşamamaq üçün insanlarımızı daha məsuliyyətli olmağa dəvət edir, koronavirusa qarşı mübarizədə birgə qələbə qazanmağa çağırıram".

B.Quliyev əlavə edib ki, bu gün Azərbaycanda kifayət qədər peşəkar, öz işini ən yüksək səviyyədə görən həkimlərimiz var və dövlət onların bu mübarizədə işlərini daha fəal aparmaları üçün hər cür imkan yaradıb:

"Bu baxımdan, vətəndaşlarımız dövlətin, həkimlərin işlərini qanunlara tabe olmaqla, tələb edilən tələblərə riayət etməklə qiymətləndirə, o cümlədən, dövlətə də dəstək ola bilərlər".


Etiketlər:  Azərbaycanda koronavirusla mübarizə üsulu intensiv xarakter alıb itkilərin olması üçündür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ