Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrlandiya millisində yeni baş məşqçi

İrlandiya millisində yeni baş məşqçi

Tarix: 5 Aprel 2020 17:34

Futbol üzrə İrlandiya milli komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2018-ci ilin noyabr ayından bu komandanı çalışdıran Mik Makkarti istefaya göndərilib. Bu barədə İrlandiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Artıq İrlandiya yığmasına yeni baş məşqçi də təyin olunub. Federasiya bu posta Stiven Kenninin təyin olunduğunu açıqlayıb. Lakin 48 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Stiven Kenni 2018-ci ildən İrlandiya millisinin gənclər komandasını çalışdırırdı.

Milli.Az


Etiketlər:  İrlandiya millisində yeni baş məşqçi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ