“Instagram” xidməti paylaşımların altındakı “layk”ların sayını gizlədə bilər. Bu haqda "Twitter"də tədqiqatçı Ceyn Mançun Vonq məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, sosial şəbəkənin rəsmiləri istifadəçilərin “layk”lara deyil, məzmuna önəm verməsini istəyir.