Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Gündə yalnız bir dəfə evdən çıxmağa icazə verilir”

“Gündə yalnız bir dəfə evdən çıxmağa icazə verilir”

Tarix: 6 Aprel 2020 09:58

Vətəndaşlar marketə və aptekə getmək üçün ayrı-ayrı icazə ala bilməz. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İTV-də çıxışı zamanı deyib. O, "səhər icazə alıb marketə getmişəm, amma 4-5 saat sonra təcili olaraq aptekdən dərman almalıyam. Bu zaman nə etməliyəm?" sualına cavab olaraq bildirib ki, vətəndaşlara gün ərzində yalnız bir dəfə evdən çıxmağa icazə verilir: "Ona görə də vətəndaş həmin gün ona nə lazımdırsa, əvvəlcədən nəzərə almalıdır. Lakin əgər səhhətində problem yaranarsa, 1-ci bənd üzrə təxirəsalınmaz tədbirlər üçün icazə alıb evdən çıxa bilər". 

Ramin Bayramlı əlavə edib ki, əgər vətəndaşın səhhətində problem yaranarsa, bunun üçün küçəyə çıxmağa ehtiyac yoxdur: "Siz 103-ə zəng edəcəksiniz, bizim həkimlərimiz sizin ünvana gələcəklər".


Etiketlər:  Gündə yalnız dəfə evdən çıxmağa icazə verilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ