Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Deyəsən, Azərbaycanla oyunda daha çox tərləyəcəyik'' - Kapitan

''Deyəsən, Azərbaycanla oyunda daha çox tərləyəcəyik'' - Kapitan

Tarix: 30 May 2019 16:08

Macarıstan millisinin kapitanı Balaş Cudcak Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla Bakıda keçiriləcək oyun haqda danışıb.

Qol.az xəbər verir ki, 32 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında yığmamızla matçın daha çətin keçəcəyini bildirib:

"Deyəsən, Azərbaycanla oyunda daha çox tərləyəcəyik. Hətta deyə bilərəm ki, Bakıdakı qarşılaşma Xorvatiya ilə matçdan çətin olacaq. Çünki bu cür turnirlərdə səfər oyunlarında 3 xal qazanmaq elə də asan başa gəlmir. Bizi olduqca ağır 90 dəqiqə gözləyir".

Karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-İttihad" klubunda davam etdirən təcrübəli forvard Avropa çempionatının final mərhələsində oynamaq istəyini gizlətməyib: "Azərbaycanı uda bilməsək, Xorvatiya üzərində qazandığımız qələbənin heç bir önəmi qalmayacaq. Arzum Avropa çempionatında oynamaqdır. Sonuncu dəfə final mərhələsinə vəsiqə qazananda yaranmış atmosferi heç vaxt unuda bilmərəm. Minlərlə insan qələbəmizi küçələrdə qeyd edirdi. Həmin hissləri yenidən yaşamaq istəyirəm".

Qeyd edək ki, iyunun 8-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Macarıstan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Millimiz 3 gün sonra isə Slovakiya seçməsini qəbul edəcək.

 


Etiketlər:  Deyəsən Azərbaycanla oyunda daha çox tərləyəcəyik Kapitan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ