Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 11:20
Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı ilə azadlıqdan ömürlük olaraq məhrum edilən 2 nəfər əfv edilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyi yanında cəzaçəmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib.
O bildirib ki, onlardan biri 20 il, digəri 25 il cəza çəkiblər: "Həmçinin, Nardaran hadisələrinə görə həbs olunan 2 şəxs əfvə düşüb. 25 nəfər isə nəqliyyat hadisələrinə görə azadlıqdan məhrum olunanlardır".