Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 13:04
A seriyasında "Yuventus" istisna olmaqla, digər klubların futbolçuları maaşlarının azaldılmasına qarşı çıxıblar.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, dünən klublar oyunçuların maaşlarının azaldılmasına razılıq versə də, İtaliya Futbolçular Birliyi bu təklifi qəbul etməyib.
Qeyd edək ki, təklifə əsasən, liqa davam etdiriləcəyi təqdirdə, maaşların 6/1, mövsüm ləğv olunsa isə 3/1 hissəsi azaldılmalı idi.
Xatırladaq ki, "Yuventus" daha əvvəl futbolçuları ilə bununla bağlı razılığa gəlmişdi.