Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əliyar Ağayev Moyze Kini meydandan qovdu - VİDEO

Əliyar Ağayev Moyze Kini meydandan qovdu - VİDEO

Tarix: 22 Avqust 2025 18:24

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Konfrans Liqasının pley-off mərhələsinin Ukraynanın "Polesye" və İtaliyanın "Fiorentina" klubları arasında keçirilmiş ilk oyununu idarə edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə Ağayev 44-cü dəqiqədə "Fiorentina"nın hücumçusu Moize Kini meydandan qovub.

Bu epizodda "Polissya"nın müdafiəçisi Eduard Sarapiyy Moyze Kinin saçlarını dartıb və "Fiorentina"nın futbolçusu rəqibə dirsəklə zərbə endirib. 

Əliyar Ağayevin qırmızı vərəqə qərarı "Fiorentina"nın baş məşqçisi Stefano Piolinin narazılığına səbəb olub.  Əliyar Ağayev hər komandanın bir futbolçusuna isə sarı vərəqə göstərib.

Sözügedən görüntüləri təqdim edirik: 


Etiketlər:  Əliyar Ağayev Moyze Kini meydandan qovdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ