Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 17:22
!Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin ləğvi mərhələli şəkildə həyata keçirilməli və mümkün risklərin dəqiq təhlili ilə müşayiət olunmalıdır!.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu ÜST-ün rəsmi nümayəndəsi Kristian Lindmayer deyib.
O bildirib ki, pandemiya bitdikdən sonra məhdudiyyətləri dərhal aradan qaldırmaq tövsiyə olunmur. Bunun üçün yaşayış məntəqələrində, ictimai nəqliyyat kimi yerlərlərdə riskləri təhlil etmək lazım olacaq:
"Pandemiya hər yerdə eyni anda başa çatmayacaq. Hər ölkə və region sosial və fiziki məsafə qaydaları ilə bağlı tədbirlərin azaldılıb-azaldılmaması barədə qərarı özü verəcək".