Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 17:44
OPEK və bu quruma daxil olmayan neft istehsalçısı olan ölkələrin Energetika nazirlərinin (OPEK+) növbəti iclasının 2020-ci il aprelin 9-da keçirilməsi planlaşdırılır.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Azərbaycanın Energetika nazirinin müavini Zəminə Əliyeva deyib. Onun sözlərinə görə, görüşdə OPEK+ ölkələrinin bütün nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq bəyannaməsinin" müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl OPEK+ ölkələri nazirlərinin iclasının aprelin 6-də keçirilməsi nəzərdə tutulmuşdu.