Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

#EVDƏQAL – Şahmat oynamaq üçün 5 TƏTBİQ

#EVDƏQAL – Şahmat oynamaq üçün  5 TƏTBİQ

Tarix: 7 Aprel 2020 21:56

Maraqlı oyun növlərindən biri olan şahmat artıq 2 min ildən çoxdur ki, mövcuddur. Əsrlərin sınağından çıxan bu intellektual oyun, müasir dövrdə də olduqca populyardır. Rəqəmli texnologiya dövründə müxtəlif zövqlərə uyğun kompüter, smartfon və planşet istifadəçiləri üçün çoxlu sayda şahmat oyunu yaradılıb.

Sonxeber.net ted.az-a istinadən iOS və Android smartfon istifadəçilərinin yararlana biləcəyi şahmat oyunu üçün 5 mobil tətbiqi təqdim edirik. Bunlar arasında şahmat kursu keçən oyun portalları da yer alır.

1. Şahmatı oyna və öyrən "chess.com"

Şahmat oyun portalı olan chess.com uzun zamandır ki, smartfonlarda da yer alır. Burada real vaxt rejimində şahmat oynamaq mükündür. Portalın ümumi istifadəçi sayı 25 milyondan çoxdur.

Saytda öz oyun səviyyəsində uyğun layiqli rəqib də tapmaq olar. Portalda hər gün şahmat turnirləri keçirilir. chess.com tətbiqi ödənişlidir və android, eləcə də iOS istifadəçiləri üçün keçərlidir.

2. Onlayn şahmat oyunu platforması - "Lichess"

Bu tətbiqdə klassik şahmatdan başqa, istifadəçiyə bəxşiş, orda, swedes, fantasia və s. şahmat oyunlarını mərhələli şəkildə öyrədir. Bütün dünyada məşhur olan oyun 80-dən çox dildə aparılır. Proqram tamamilə ödənişsizdir. Android və iOS istifadəçiləri üçün keçərlidir.

3. Play Magnus

Bu tətbiq də Andorid və iOS istifadəçilərinin sevimli proqramıdır. Tətbiqin özəlliyi isə dünya çempionu Maqnus Karlsonla oyun keçirməkdir. Bu zaman müxtəlif yaş kateqoriyasını seçmək olur. Proqramda olan analitik modul funksiyası istifadəçiyə harada səhv etdiyinə baxmağa da imkan verir.

4. Şahmat tapmacaları  

Bu proqram bir çox şahmat tətbiqlərindən fərqlənir. Diqqətinizə çoxlu sayda tapşırıq verən və sonda da mükafatlandıran daha bir proqramı çatdırırıq. Proqramçılar bir neçə tapşırığın çətinlik reytinqini 2000 və daha çox balla müqayisə edirlər. Bu səviyyə şahmat üzrə elmlər namizədi olan şəxsin biliyi ilə müqayisə oluna bilər.

5. СТ-АРТ. Şahmat kombinasiyası

Tətbiq Maksim Bloxun "Kombinasiyalı motiv" kitabı əsasında hazırlanıb.

"Şahmat tapmacaları"ndan fərqli olaraq burada mərhələlər mövzulara görə sistemləşdirilir. Məsələn, "ikiqat zərbə", "yayındırma", "cazibə" və s. iOS və Android istifadəçiləri üçün nəzərdə tutulan proqram ödənişlidir. Əsasən, postsovet ölkələrində məşhurdur.


Etiketlər:  EVDƏQAL Şahmat oynamaq üçün TƏTBİQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ