Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 07:14
Muzeylər və parklar şəhəri Xaçmaz burada ucaldılan at üstündəki heykəlləri ilə də məşhurdur.
Xalq qəhrəmanı Koroğlunun, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin və əfsanəvi sərkərdə Cavanşirin at üstündə heykəlləri Xaçmaz şəhərinin ən diqqətçəkən abidələrindəndir.
Koroğlunun heykəli 2012-ci ildə şəhərin şimal girişində, Çənlibel parkında qoyulub. Cəsur sərkərdə, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Şah İsmayıl Xətainin və sərkərdə Cavanşirin at üstündə heykəlləri isə şəhərin Bakı və Heydər Əliyev prospektlərinin kəsişməsində ucaldılıb.
Sonxeber.net bildirir ki, AZƏRTAC-ın təqdim etdiyi bu fotolentdə Xaçmaz şəhərinə virtual səyahət edib, qəhrəmanlarımızın şərəfinə ucaldılmış abidələrlə tanış olmaq imkanı qazanacaqsız.