Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 08:40
Paraqvaylı hakim Qustavo Amarilya sabiq braziliyalı futbolçu Ronaldinyonun həbs cəzasından azad edilməsi barədə qərar verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə Ronaldinyo ev dustaqlığına göndərilib.
Bildirilir ki, Ronaldinyo və onun böyük qardaşı və agenti Roberto de Assis Paraqvayın paytaxtının mərkəzində mehmanxanada polislərin nəzarəti altında qalacaqlar.
Qeyd edək ki, Ronaldinyo və onun qardaşı mart ayının əvvəli Asunsyonda saxta pasportlar səbəbilə həbs edilmişdilər.