Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 10:48
Bakı. Trend:
OPEC+ ölkələrinin görüşü ərəfəsində dünya bazarlarında neft qiymətləri artır.
Trend-in məlumatına görə, səhər saatlarında “Brent” markalı nefti iyun fyuçersləri 2,51 faiz artaraq 32,67 dolar/barel təşkil edib.
WTI markalı neftin may fyuçersləri 5,76 faiz bahalaşıb və 24,99 dolar/barelə çatıb.
Qeyd edək ki, OPEC+ nazirlərinin görüşü aprelin 9-da videokonfrans formatında keçiriləcək.
Mütəxəssislər görüş zamanı neft hasilatının azaldılması məsələsinin müzakirə olunacağını bildirir.