Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hikmət Hacıyev: Bütün dünya koronavirusdan əziyyət çəkdiyi halda Ermənistan öz çirkin siyasi oyunlarına davam edir

Hikmət Hacıyev: Bütün dünya koronavirusdan əziyyət çəkdiyi halda Ermənistan öz çirkin siyasi oyunlarına davam edir

Tarix: 8 Aprel 2020 18:24

Bu günlərdə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz seçkilər keçirildi. Bu qanunsuz seçkilər beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi, Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə beynəlxalq ictimaiyyət tərəfindən dəstək göstərildi və bu "seçkilər"in qeyri-qanuni xarakter daşıdığı və onun tanınmadığı bir daha da vurğulandı.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev vurğulayıb ki, burada xüsusilə Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən ifadə olunan mövqeyi qeyd etmək lazımdır:

"Yəni 120 dövlət yekdilliklə Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü, suverenliyini dəstəklədi. Ermənistanın və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin xisləti bir daha da ondan xəbər verir ki, bütün dünya koronavirusdan əziyyət çəkdiyi bir halda, onlar öz çirkin siyasi oyunlarını davam etdirdilər".


Etiketlər:  Hikmət Hacıyev Bütün dünya koronavirusdan əziyyət çəkdiyi halda Ermənistan çirkin siyasi oyunlarına davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ