Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 18:36
Ölkədə vətəndaşlara pulsuz maska paylanması məsələsi gündəmdə deyil.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, həkim və xəstələrə, polis və gömrük orqanları əməkdaşlarına maska pulsuz paylanılır:
"Bazarda maska o qədər baha deyil. Əgər ehtiyac yaranarsa, dövlətin məqsədi ölkənin təhlükəsizliyi üçündür. Azərbaycanda maskalar o qədər baha qiymətə satılmır, əlçatandır. Bir az qıtlıq yaranmışdı, o da maska istehsal edən fabrik açılandan sonra aradan qalxır. Ehtiyac olarsa, dövlət bütün resurslarından istifadə edəcək".