Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR prezidenti “TOTAL Azərbaycan” şirkətinin baş menecerini qəbul edib

SOCAR prezidenti “TOTAL Azərbaycan” şirkətinin baş menecerini qəbul edib

Tarix: 8 Aprel 2020 18:36

Bakı. Trend:

TOTAL şirkəti Azərbaycanda həyata keçirilən layihələrini davam etdirəcək.

Trend-in məlumatına görə, aprelin 8-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev “TOTAL Azərbaycan” şirkətinin baş meneceri Regis Aqutu qəbul edib.

Görüşdə qlobal pandemiya dövründə uğurlu “Abşeron” layihəsi çərçivəsində əməkdaşlığın hazırkı effektivlik səviyyəsində davamlı olması üçün həyata keçirilən tədbirlər barədə, eləcə də hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə şirkətin planları ilə bağlı SOCAR prezidentinə məlumat verilmiş, eyni zamanda TOTAL şirkətinin Azərbaycanda həyata keçirilən layihələrə sadiq qaldığı vurğulanmışdır. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, qlobal enerji bazarında baş verən proseslər müzakirə olunub.

Sonda “TOTAL Azərbaycan” şirkətinin baş meneceri Regis Aqut “TOTAL” şirkətinin kəşfiyyat və hasilat üzrə vitse-prezidenti Arno Bruyakın (Arnaud Breuilliac) məktubunu SOCAR-ın prezidenti Rövnəq Abdullayevə təqdim edib.

“TOTAL” şirkəti Azərbaycanda SOCAR ilə birlikdə “Abşeron” yatağının işlənməsi layihəsində iştirak edir. “Abşeron” yatağı Xəzər dənizinin Azəraycan sektorunda, Bakıdan cənub-şərq istiqamətdə yerləşir. Yatağın işlənməsi SOCAR və “TOTAL” şirkətlərinin birgə müəssisə olan JOCAP tərəfindən həyata keçirilir. Qazma işləri SOCAR-ın CDC şirkəti tərəfindən aparılıb. “Abşeron” yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biri, eyni zamanda, son 10 ildə “TOTAL” şirkətinin ən böyük kəşfidir.

Yatağın işlənilməsi Azərbaycanın təbii qaza artan daxili tələbatının təminatına və ixrac gəlirlərinin yüksəlməsinə mühüm töhfə verəcək.


Etiketlər:  SOCAR prezidenti TOTAL Azərbaycan şirkətinin baş menecerini qəbul edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ