Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Liverpul"un sabiq futbolçusu qızı ilə birlikdə qəzaya düşüb

Tarix: 8 Aprel 2020 18:40

"Liverpul"un sabiq futbolçusu Yon Arne Riise xoşagəlməz hadisə ilə üzləşib.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, Norveçin tanınmış siması qızı ilə birlikdə avtomobil qəzasına uğrayıb.

Keçmiş sol cinah müdafiəçisinin idarə etdiyi avtomobil başqa maşınla toqquşub. Hadisədən dərhal sonra Riise və qızı Adriana xəstəxanaya aparılıb. Ancaq onlar ciddi xəsarət almadıqlarından, evə buraxılıblar.

Qeyd edək ki, 2001-2008-ci illərdə "Liverpul"dakı çıxışı ilə tanınan Yon Arne Riise 2016-cı ildə karyerasını başa vurub.

Milli.Az


Etiketlər:  Liverpulun sabiq futbolçusu qızı ilə birlikdə qəzaya düşüb


RƏYLƏR