Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyanın baş naziri vəzifəsinə namizədlərin sayı 12-yə çatıb

Britaniyanın baş naziri vəzifəsinə namizədlərin sayı 12-yə çatıb

Tarix: 31 May 2019 07:16

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri vəzifəsinə namizədlərin sayı 12-yə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, deputat Mark Harper hakim Konservativ partiyanın rəhbəri və ölkənin baş naziri vəzifəsinə öz namizədliyini irəli sürüb.

"The Daily Telegraph" qəzetində dərc edilən şərhdə M.Harber bildirib ki, partiyaya "təzə ideyalar" təkil etməyə hazırdır və ehtiyac olduğu halda Avropa İttifaqından "Brexit" üçün yeni möhlət istəyəcəyini istisna etməyib.

M.Harper bildirib: "Mən bu yarışmada autsayder olduğumu qəbul etməyə tamamilə hazıram. Bu yarışın digər iştirakçılarının bir çoxu Nazirlər Kabinetinin fəaliyyətdəki üzvləridirlər".

Qeyd edək ki, daha əvvəl hakim Konservativ partiyanın rəhbəri və ölkənin baş naziri vəzifəsinə öz namizədliklərini Boris Conson, Ceremi Hant, Rori Stüart, Mett Henkok, Ester Makvey, Dominik Raab, Andrea Lidsom, Maykl Qouv, Sacid Cavid, Kit Malthaus və Ceyms Kleverli irəli sürüblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Britaniyanın baş naziri vəzifəsinə namizədlərin sayı çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ