Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2019 09:16
Bakı. Trend:
Kolumbiyanın Kukuta şəhərində (Venesuela ilə sərhəd) partlayış baş verib.
Trend-in "El Tiempo" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 12 nəfər xəsarət alıb. Onlar xəstəxanalara çatdırılıb, iki nəfərin vəziyyəti ağırdır.
Bildirilir ki, iki nəfər Simon Bolivar körpüsü yaxınlığında iki əl qumbarası partladıb və hadisə yerindən qaçmağa cəhd göstəriblər.
Məlumata əsasən, onlar daha sonra polislər tərəfindən saxlanılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin