Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 13:09
Bakı. Trend:
Xaricdən qayıdan azərbaycanlılar dövlət başçısına təşəkkür edib.
Trend-in məlumatına görə, məktubda deyilir:
"Biz artıq 5 gündür ki, Bakıdayıq. Əvvəlki məktubumuza nəzər salsanız, mövzu sizə daha aydın olar. Biz sizlərə İzmir şəhərindən "S.O.S. Azərbaycandan kömək istəyirik" mövzusunda məktub göndərmişdik.
Bu məktubumuzda isə artıq bir neçə şəxslərə və təşkilatlara münasibətimizi bildirmək istəyirik.
İlk öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Möhtərəm İlham Heydər oğlu Əliyev Cənablarına bütün səmimiyyətimiz ilə təşəkkür edirik.
Qeyd edək ki yuxarıda adı çəkilən məktubumuza cavab olaraq Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi altında Türkdilli Dövlətlərlə iş sektorun müdiri bizimlə telefon əlaqəsi qurdu, dövlətimizin bizi darda qoymayacağını bildirdi. Daha sonra Türkiyədə Asif Kurban kimi tanınan İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin sədri, azərbaycanlı iş adamı Asif İsa oğlu Qurbanova bizim haqqımızda məlumat verdi. Bizimlə onun arasında əlaqə qurdu. Asif müəllim Türkiyədə 21 gün qaldığımız otellərin 5 gününün maliyyə məsələsini öz üzərinə götürdü və şəxsi hesabı ilə qarşıladı. O həmçinin bizə mənəvi dayaq oldu. Həm Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, həm də İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin sədri hər gün bizim ilə əlaqə yaradib bizə dəstək olurdular. Mənəvi dəstəyə çox ehtiyyacımız var idi. Bakıda tək qalan 79 yaşlı atam ilə Diasporla iş üzrə Dövlət Komitəsi ilgiləndi, onun qayğısına qaldı. Nə yaxşı ki, Azərbaycan diasporasını və Türkiyədə onunla bağlı qurumları yüksək insani keyfiyyətlərə, təşkilatçılıq qabilliyətinə malik Azərbaycan oğulları təmsil edir. Biz onlara minnətdarıq.
Minnətdarlıq bildirmək istədiyimiz təşkilatlardan biri də Azercell Telecomdur. Məlum situasiyada xaricə müvəqqəti qedən və rouming xidmətindən istifadə edən vətəndaşlarımıza qohumları və yaxınları ilə əlaqə saxlamaları üçün kontur hədiyyə kompaniyası təqdirəlayiq addım idi. Azercell ailəsinə təşəkkür edirik.
Bizim Azərbaycana sağ-salamat gəlməyimizdə başda möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev olmaqla dövlət qurumları və məsul şəxslər köməklik göstərmişlər. Dövlətimiz, Azərbaycanın Türkiyədəki səfirlik və konsulluğu böyük seçim qarşısında idi. Ankaradaki səfirlik oğlum Adilov Cəlalın insulin, insulin resistenliyi və TSH hormonlarının olduqca yüksək olmasını, 2018-ci ildə Mərkəzi Klinikada böyrək əməliyyatı keçirməsini, skolioz və yastıpəncəliliyin ağır formasından əziyyət çəkməsini və 8 yaşlı qız övladımın bizimlə bərabər olmasını nəzərə alaraq çarter reysi ilə Azərbaycana göndərilənlərin siyahısina ailəmizi əlavə etdi. Biz Türkiyədəki Azərbaycan səfirliyinə də təşəkkür edirik. Bir daha Möhtərəm Prezidentimiz Ali Baş Komandan İlham Əliyev Cənablarına, vətənə qayıdışımızda əməyi keçən şəxs və qurumlara minnatdarlığımızı bildiririk".
Hörmətlə: Zaur Adilov
08.04.2020
Atletlər kəndi (Bakı)