Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan qorunmaq üçün alış-verişdən sonra bunları edin!

Koronavirusdan qorunmaq üçün alış-verişdən sonra bunları edin!

Tarix: 9 Aprel 2020 13:50

COVID-19-dan qorunmaq üçün alış-verişdən sonra təmizliyə diqqət etmək lazımdır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) hazırladığı təlimatda bildirilib.

Qeyd edilib ki, alınan qida məhsulları mətbəxə yerləşdirildikdən sonra əlləri, mətbəx mebelini və digər səthləri yumaq lazımdır.

Bundan əlavə, su keçirməyən materiallarla qablaşdırılmış qida məhsulları sabunlu su ilə yuyulub durulandıqdan sonra soyuducuya yerləşdirilməlidir.

Sərt qabıqlı meyvələri fırça və ya əl ilə axar ilıq su altında, göyərtiləri isə duzlu-sirkəli məhlulda 10-15 dəqiqə saxladıqdan sonra yuyub istifadə etmək olar. 


Etiketlər:  Koronavirusdan qorunmaq üçün alış verişdən sonra bunları edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ