Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçən il 648 obyektdə tikinti işləri dayandırılıb

Keçən il 648 obyektdə tikinti işləri dayandırılıb

Tarix: 9 Aprel 2020 17:52

Ötən il Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən təyinatından asılı olmayaraq fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 8635 obyektdə dövlət nəzarəti qaydasında yoxlama işləri aparılıb və tikinti işləri zamanı pozuntuların aradan qaldırılması üçün 648 tikinti obyektinə tikinti işlərinin dayandırılması barədə qərar verilib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2019-cu ilin yekunlarına dair hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, 2019-cu ildə 141 tikinti obyekti üzrə "tikintiyə icazə" və 43 tikinti obyekti üzrə "istismara icazə" verilib.

2019-cu ilin fevral ayının 5-də və 6-da baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Şamaxıda 175, Ağsuda 223, İsmayıllıda 106 olmaqla cəmi 504 fərdi evin, Şamaxıda dördmərtəbəli 44 mənzilli, beşmərtəbəli 20 mənzilli və beşmərtəbəli 110 mənzilli binaların tikintisi, həmçinin 1708 evdə bərpa işləri başa çatdırılıb. Hazırda 76 fərdi evin tikintisi aparılır.


Etiketlər:  Keçən obyektdə tikinti işləri dayandırılıb


RƏYLƏR