Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 17:52
Alimlər müəyyən ediblər ki, rəsmi adı C/2019 Y4 olan, may ayında Yer kürəsindən adi gözlə görünməsinin mümkünlüyü güman edilən ATLAS kometinin nüvəsi parçalanmağa başlayıb.
Sonxeber.net Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə AMEA-nın rəsmi saytı məlumat yayıb.
Mütəxəssislər indiyədək onun parlaqlığının artdığını müşahidə etsələr də, aprelin 3-dən parlaqlığın azaldığını, aprelin 5-dən etibarən isə NEXT teleskopunun köməyi ilə kometin nüvəsinin parçalanması əlamətlərini aşkar ediblər.
Astronomlar güman edirlər ki, kometin nüvəsinin bundan sonra da parçalanmağa davam etməsi onun parlaqlığını daha da azaldacaq.