Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Microsoft'' koronavirusun yayılmasına qarşı mübarizə üçün 20 milyon dollar ayıracaq

''Microsoft'' koronavirusun yayılmasına qarşı mübarizə üçün 20 milyon dollar ayıracaq

Tarix: 10 Aprel 2020 05:08

Bakı. Trend:

ABŞ-ın Microsoft korporasiyası yeni koronavirusun yayılması ilə mübarizə sahəsində mütəxəssislərə kömək üçün 20 milyon dollar köçürmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında yayımlanan açıqlamada bildirilir.

Sənəddə qeyd olunur ki, səhiyyə sektorunda süni intellektdən istifadəyə dair Microsoft proqramı çərçivəsində vəsait ayrılacaq. Bu məbləğin bir hissəsi "peyvənd, diaqnostika və terapiya vasitələrin işlənməsi" məqsədi ilə yeni koronavirus üzərində araşdırma aparan tədqiqatçılara yardıma xərclənəcəkdir.

Bundan əlavə, şirkət virus haqqında etibarlı məlumatlarının yayılması layihələrini maliyyələşdirmək niyyətindədir.


Etiketlər:  Microsoft koronavirusun yayılmasına qarşı mübarizə üçün milyon dollar ayıracaq


RƏYLƏR