Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bakcell”dən ölkə ərazisində onlayn satış və çatdırılma xidməti: şirkətdən növbəti “evdə qal” çağırışı (FOTO)

“Bakcell”dən ölkə ərazisində onlayn satış və çatdırılma xidməti: şirkətdən növbəti “evdə qal” çağırışı (FOTO)

Tarix: 10 Aprel 2020 12:24

Bakı. Trend:

Bakcell şirkəti ölkədə koronavirusa qarşı mübarizə tədbirlərini dəstəkləməyə davam edir. Bütün Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə icra olunan 360 dərəcə kommunikasiya və tədbirlər planı çərçivəsində Bakcell ölkənin bütün regionlarında onlayn satış və çatdırılma xidmətini təqdim edib.

Karantin müddətində şirkətin abunəçiləri və Bakcell şəbəkəsinə yeni qoşulmaq istəyənlər dublikat və ya yeni SİM-kartı diler dükanı və müştəri xidməti mərkəzlərinə getmədən sifariş etmək imkanına malikdirlər. Sifariş olunan SİM-kartlar Bakcell şirkətinin diler nümayəndələri tərəfindən müştərilərin ev və ya ofislərinə çatdırılacaq. Qeyd edək ki, Bakı və regionların mərkəzlərində çatdırılma tamamilə pulsuzdur.

Sifarişləri 555 nömrəsinə (Bakcell Əlaqə Mərkəzi) zəng etməklə və ya “Mənim Bakcellim” tətbiqetməsindən istifadə etməklə həyata keçirmək olar.

Qeyd edək ki, yeni xidmətdən Bakı, Gəncə, Sumqayıt, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Bərdə, Yevlax, Samux, Goranboy, Ağcabədi, İmişli, Şirvan, Sabirabad, Göyçay, Şamaxı, İsmayıllı, Ağsu, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qəbələ, Zaqatala, Şəki, Qax, Balakən, Mingəçevir, Ağdaş, Lənkəran, Biləsuvar, Salyan və Naxçıvan MR ərazisində istifadə etmək olar.

Xatırladaq ki, Bakcell ölkədə koronavirusa qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı tədbirləri dəstəkləmək üçün bir sıra mühüm layihələr həyata keçirib. Belə ki, şirkət Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronovirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bundan əlavə, Bakcell karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərib və bütün karantin mərkəzlərinin həkimlərinə və müxtəlif karantin mərkəzlərində karantində saxlanılan vətəndaşlarımıza isə ödəmə kartları hədiyyə edib. Bakcell abunəçiləri öz telefonlarının ekranlarında “evdə qal” çağırışını görürlər. 1542 qaynar xətt nömrəsinə zənglər də bütün Bakcell abunəçiləri üçün tamamilə pulsuzdur.

Həmçinin, şirkət abunəçilərinə xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə “Mənim Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng etməyi tövsiyə edib.

Bakcell şirkəti həssas əhali qruplarına dəstək göstərmək üçün digər KSM təşəbbüsləri üzərində işləyir.

“Bakcell”dən ölkə ərazisində onlayn satış və çatdırılma xidməti: şirkətdən növbəti “evdə qal” çağırışı (FOTO) - Gallery Image “Bakcell”dən ölkə ərazisində onlayn satış və çatdırılma xidməti: şirkətdən növbəti “evdə qal” çağırışı (FOTO) - Gallery Image “Bakcell”dən ölkə ərazisində onlayn satış və çatdırılma xidməti: şirkətdən növbəti “evdə qal” çağırışı (FOTO) - Gallery Image “Bakcell”dən ölkə ərazisində onlayn satış və çatdırılma xidməti: şirkətdən növbəti “evdə qal” çağırışı (FOTO) - Gallery Image “Bakcell”dən ölkə ərazisində onlayn satış və çatdırılma xidməti: şirkətdən növbəti “evdə qal” çağırışı (FOTO) - Gallery Image “Bakcell”dən ölkə ərazisində onlayn satış və çatdırılma xidməti: şirkətdən növbəti “evdə qal” çağırışı (FOTO) - Gallery Image


Etiketlər:  Bakcelldən ölkə ərazisində onlayn satış çatdırılma xidməti şirkətdən növbəti evdə çağırışı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ