Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Əli, ağzı və burnu olan hər kəs virusa yoluxacaq” - Nevroloqdan PROQNOZ

“Əli, ağzı və burnu olan hər kəs virusa yoluxacaq” - Nevroloqdan PROQNOZ

Tarix: 10 Aprel 2020 15:32

"Əli, ağzı və burnu olan hər kəs virusa yoluxacaq". Bu sözləri Avropa Nevrologiya Akademiyasının üzvü, nevroloq Qalib Əsədov deyir.

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, qorunma cəhdlərinə baxmayaraq bütün insanların koronavirusa yoluxacağını bildirən Əsədov virusla bağlı aşağıdakı proqnozları verib:

25 % insan virusa yoluxduğunu heç bilməyəcək. Ayaqüstə keçirəcəklər. Orqanizmdə hansı hadisələrin cərəyan etdiyindən xəbərləri belə olmayacaq.

35 % insanda yüngül qrip əlamətləri, öskürək olacaq. Onlar da orqanizmin daxili qüvvələrinin hesabına sağalacaq.

20 % insanda ağır əlamətlər olacaq. Hərarət yüksək rəqəmlərə çatacaq. Qospitalizasiyaya ehtiyac yaranacaq. Amma saqalacaq.

15 % insanda ciddi tənəffüs problemləri başlayacaq. Süni tənəffüs aparatına qoşulmağa ehtiyac yaranacaq.

5 % insan dünyasını dəyişəcək...


Etiketlər:  Əli ağzı burnu olan hər kəs virusa yoluxacaq Nevroloqdan PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ